# Əvvəlcə su, şəkər qaynadılıb şəkil 
almağa başlayınca 
limon suyu əlavə olunaraq şərbət hazırlanar, soyumağa buraxılar.
Digər təfəfdən xəmir yoğurma qbına qırılmış 
yumurtalar, 
qatıq, sirkə duz və yavaş yavaş un qoyular.
# Xəmirin özləməsi üçün bir müddət yoğrular, yarım saat qədər üzəri bağlı olaraq dinləndirilər.
# Dinlənən xəmir 12 bərabər parçaya bölünər  və 
pazı yapılar.
# Hər 
pazı açılabiləcək ən incə şəkildə açılar.açılan kövrəklər, kibrit qutusunun geniş tərəfi qədər qalınlıqda lent şəkildə kəsilər.
# 5 ədəd lent üst üstə qoyular və eninə kvadrat olacak şəkildə təkrar kəsilər.
# Kvadrat şəklində kəsilmiş 5 ədəd kövrək alınar, ortasına 1 şiriniyyat qaşığı 
qoz ləpəsi qoyular. Kvadratlar küncdən küncə üçbucaq şəklində qatlanar, kənarlarına barmaq ucları ilə basdırılar. Qalan 11 
pazıda eyni şəkildə hazırlanar.
# Kərə yağı və marqarin birlikdə əridilər əridilmiş mövcud yağ ilə əvvəlcə nimçə yağlanar.
# Yağlanan numçəyə babillər, birincinin üçbucaq qismi ikincinin qalın qisminin altında qalacaq şəkildə üst üstə düzülər, bir-birlərinə yapışmaması üçün üçbucaq qisimləri mövcud ya iləyağlanarsa daha yaxşı olar.
 
# Düzmə işi qurtardıqdan sonra qalan yağ, bütün babillərin üzərinə gəzdirilər.
# Hazırlanan şiriniyyat əvvəlcədən qızdırılmış 190 dərəcədəki sobaya qoyular.
# Üzəri qızarana qədər bişirilər.( təxminən 20 dəqiqə).
# Sobadan çıxan isti babillərin üzərinə soyumuş şərbət gəzdirilər.
# Şiriniyyat ən az 2 saat dinləndirildikdən sonra istehlak olunar.