# Badımcanların qabığları soyulur, zər şəklində doğranır, 5 Yemək qaşığı duru yağda qovrulur, başqa bir 
qazanda qiymə yağsız olaraq yağlanır.
# Qovrulan 
badımcan və qiymə bir qabda birləşdirilir, üzərinə duz və döyülmüş 
qoz əlavə olunur, ilk istiliyi çıxınca, doğranmış cəfəri qatılır.
# Iç soyurkənxəmir hazırlanır. Otaq istiliyində yumuşamış marqarin, duru yağ, 
qatıq, sirkə, 
yumurta ağı, barmaq ucları ilə qarışdırılır. Üzərinə duz, pakmaya və az-az un əlavə olunur, yoğrulur.
# Orta sərtlikdə ki xəmir, üzəri bağlı olaraq ən az yarım saat dinləndirildikdən sonra 4 bərabər hissəyə bölünür.
# Hər xəmir parçası uzunlamasına yarım santimetr qalınlığında açılır, kənarları kəsilərək düzgün dördbucaqlı şəkli verilir. ( kəsilən parçalar bölünərək xəmirin üzərinə dağıdılır).
# Dördbucaq xəmirin uzun kənarına 
badımcanlı iç qoyulur, rulo hazırlanır, üzərinə 
yumurta sarısı sürülür, kökə  otu səpilir, bir barmaq qalınlığında bıçaqla dilimlənir. 185 dərəcə sobada üzəri qızarana qədər bişirilir.